"İnter"in müdafiəçisi Stefan de Vrey İtaliyanı tərk edərək İngiltərə və ya İspaniyaya yollanacaq.
Fanat.Az xəbər verir ki, məlumatı "Voetbal International" yayıb.
30 yaşlı niderlandlı futbolçu “Tottenhem” və “Atletiko”nun maraq dairəsinə düşüb. De Vreyin "İnter"lə müqaviləsinin müddəti yayda başa çatacaq. Milan klubu da öz növbəsində müdafiəçi ilə yeni anlaşma əldə etmək niyyətindədir.
Stefan de Vrey bu mövsüm "İnter"in heyətində 12 matçda iştirak edib və 1 qol vurub.
Mirağa