"Çelsi" klubu "Benfika"nın yarımmüdafiəçisi Entso Fernandesin keçidi ilə bağlı portuqaliyalılarla prinsipial razılıq əldə edib.
Fanat.Az xəbər verir ki, məlumatı "Correio de Manha" yayıb.
Mənbənin məlumatına görə, London klubunun nümayəndələri artıq Lissabona gəliblər. "Qartallar" 21 yaşlı yarımmüdafiəçi üçün 120 milyon avro tələb edir ki, "zadəganlar" bu tələbi ödəməyə hazırdır.
Hazırda futbolçunun keçidinin qışda, yaxud yayda həyata keçirilməsi müzakirə olunur. "Benfika"nın prezidenti Ruy Koşta argentinalını yayda satmağa üstünlük verir. Futbolçunun özü də mövsümlərarası fasilədə klubunu dəyişmək istəyir.
Mirağa