Mönhenqladbax "Borussiya"sının və Fransa millisinin hücumçusu Markus Türam karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, onun xidmətində "İnter" maraqlıdır.
Xəbərə görə, milanlılar Türamı cari mövsmün sonunda - Almaniya təmsilçisi ilə müqaviləsinin müddəti başa çatandan sonra heyətinə qatmağı planlaşdırır. "Qara-göylər"in yanvarda sözügedən futbolçu ilə danışıqlara başlayacağı bildirilib. "İnter"in onunla mövsümlük 5 milyon avro əməkhaqqı qarşılığında 5 illik müqavilə bağlamağı hədəflədiyi vurğulanıb.
Qeyd edək ki, 25 yaşlı Türam bu mövsüm "Borussiya" forması ilə 17 matça çıxaraq 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. DÇ-2022-də Fransa seçməsi ilə finala qədər irəliləyən ön xətt oyunçusu 2 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
Nihat