Kriştianu Ronaldu ilə müqaviləni pozan və Kodi Qakponun transferini reallaşdıra bilməyən "Mançester Yunayted" hücumu gücləndirmək variantlarını axtarmağa davam edir.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” hazırda Alvaro Moratanın keçidini həll etməyə çalışır.
Mançester klubu təcrübəli forvardı birdəfəlik yox, icarə əsasında sıralarına qatmaq istəyir. Bununla bağlı klub “Atletiko Madrid”ə sorğu göndərmək üzrədir.
"Atletiko" isə pula ehtiyac duyur və ingilislərin icarə variantından razı qalıb-qalmayacağı dəqiq deyil.
Mirağa