"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone İspaniya çempionatının bərpası ərəfəsində mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, təcrübəli çalışdırıcı maraqlı etirafı ilə diqqət çəkib:
“Dünya çempionatının dörd finalçısı olan əla komandamız var. Bəlkə də bu komanda üçün hər şeyini verməyən məşqçidir. Komandanın çempionatda oyun səviyyəsini yüksəltməsi üçün təkmilləşməli olan mənəm. Bu oyunçuların əksəriyyəti “Atletiko” ilə liqanı qazanıb. Problem məndədir”.
"Atletiko" mövsümün birinci yarısını beşinci pillədə başa vurub. Simeonenin komandası 14 oyunda 7 qələbə qazanaraq 24 xal toplayıb. Onlar lider "Real"dan 13 xal geri qalırlar.
Mirağa