"Mançester Yunayted"in yarımmüdafiəçisi Kristian Eriksen ulduz futbolçu Kriştianu Ronaldunun "Old Trafford"dan gedişindən danışıb.
Fanat.Az xəbər verir ki, danimarkalı oyunçu onun komandadan ayrılığına üzüldüyünü dilə gətirib.
"Ronaldunun artıq komandamızın üzvü olmaması bizi çox kədərləndirir. Onun irsi və adı hər bir klub üçün xüsusidir. Mən çox şadam ki, karyeram onunla kəsişib.
Amma futbol davam edir. Növbəti oyunda insanlar əvvəllər necə olduğunu unudacaqlar və biz də artıq onun burda olmadığını dərk edirik. Atmosfer yaxşıdır. Bir çox oyunçumuz dünya çempionatından qayıdıb. Artıq hamı bir araya gəlir”, - deyə Eriksen bildirib.
Röya