"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Madrid təmsilçisinin yeni transfer hədəfləri ilə bağlı yayılan informasiyalara aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, "Goal" onun dediklərini belə çatdırıb:
"Benzema zədəsini tam sağaldıb və artıq bizimlədir. O, komandamız üçün çox vacib oyunçudur. Bizi gərgin oyun qrafiki gözləyir. İspaniya Superkuboku, klublararası DÇ... Bir sözlə, marta qədər rahat nəfəs ala bilməyəcəyik. Hər futbolçumuza xüsusi yanaşmalı, kimin qısa istirahətə ehtiyacı olduğunu mövsümün gedişindəcə müəyyənləşdirməliyik.
Yeni transferlər? Yox, onlar bizə lazım deyillər. Məncə, keçənilkindən daha yaxşı vəziyyətdəyik".
Qeyd edək ki, İspaniya çempionatının turnir cədvəlində əzəli rəqibi "Barselona"dan 2 xal geri qalan və 2-ci pillədə mövqe tutan "Real" sabah La Liqa çərçivəsində "Valyadolid"i qəbul edəcək.
Nihat