“Roma”nın futbolçusu Nikolo Zanyolo karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Nyukasl" paytaxt klubunun yarımmüdafiəçisinə elçi düşüb.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. İngilislər 23 yaşlı futbolçu üçün “Roma” ilə danışıqlara başlayıb.
İtaliya nəhəngləri "Yuventus" və "Milan" da gənc yarımmüdafiəçi ilə ciddi maraqlanır.
2018-ci ildə "İnter"in futbolçusu kimi A Seriyasında debüt edən Zanyolo "Roma"ya 4,5 milyon avroya gəlib. Onun paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.
Zanyolo "Roma"nın heyətində indiyə qədər 125 oyuna çıxıb, 24 qol vurub. O, İtaliya millisinin heyətində 11 oyunda 2 dəfə fərqlənib.
Mirağa