"Barselona"nın baş məşqçisi Xavi dünyasını dəyişən Pelenin ölümünə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" mütəxəssisin dediklərini belə çatdırıb:
"Pele bir əfsənədir, rəmzdir. Hamı onun kimi olmaq istəyərdi. Ailəsinə başsağlığı verirəm. Onun mənim haqqımda dedikləri bir qədər şişirdilmiş idi. Həmişə xoş münasibətimiz olub".
Qeyd edək ki, Pele yoğun bağırsaq xərçəngi səbəbindən dünən vəfat edib.
Nihat