"Bayer Leverkuzen"in qapıçısı Andrey Lunyov karyerasını yenidən Rusiyada davam etdirə bilər.
Fanat.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, onun xidmətində Moskva "Spartak"ı maraqlıdır.
Xəbərə görə, cari mövsüm "Bayer"də cəmi 1 matça çıxan Lunyov özü də Moskva komandasında oynamağı uyğun variant sayır.
Qeyd edək ki, 31 yaşlı Andrey Leverkuzen klubuna 2021-ci ildə qoşulub. "Zenit"dən ayrılaraq Almaniya təmsilçisi ilə azad agent qismində anlaşan qolkiper bu komandada ümumilikdə 3 matça çıxıb.
Nihat