Lionel Messi və Kriştianu Ronaldu 2020-ci ilin dekabrından bəri ilk dəfə qarşılaşa bilərlər.
Fanat.Az “RMC Sport”a istinadən xəbər verir ki, Ronaldunun keçdiyi “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı) ilə Messinin klubu PSJ gələn ay yoldaşlıq görüşü keçirməyi planlaşdırırlar.
Messi və Ronaldu son dəfə Çempionlar Liqasında üz-üzə gəliblər. Planetin ən yaxşı futbolçuları “Yuventus” və “Barselona”nın sıralarında bir-birlərinə qarşı mübarizə aparıblar. Həmin matçda "qoca sinyora" “Barselona”nı darmadağın edib (3:0), Kriştianu dublla yadda qalıb.
Qeyd edək ki, "Əl-Nəsr"lə Paris təmsilçisinin yoldaşlıq görüşü Səudiyyə Ərəbistanında baş tutacaq.
Nihat