Dortmund "Borussiya"sının hücumçusu Sebastyen Aller məşqlərə başladığını bəyan edib.
Fanat.Az xəbər verir ki, o sosial şəbəkə hesabında belə yazıb:
"Hamının Yeni ili mübarək! İl mənim üçün yaxşı başlayır, çünki yaşıl meydanlara qayıdıram! 2022 sınaqlar ili oldu. Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm".
Xatırladaq ki, Aller "Borussiya"ya bu yay "Ayaks"dan transfer edilib. Müayinə zamanı xərçəng olduğu aşkarlanan futbolçu kimyaterapiya kursu keçib və 2 dəfə əməliyyat olunub.
Nihat