"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın almaniyalı yarımmüdafiəçisi Toni Kroosun gələcəyi barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Goal" onun dediklərini belə çatdırıb:
"Toni karyerasını "Real"da bitirəcəyini deyib. Bir futbol azarkeşi olaraq Kroosun yaşıl meydanlarla vidalaşacağını təsəvvür edə bilmirəm. Məncə, müqavilə yeniləyəcək. İstənilən halda, gələn ay hər şeyə aydınlıq gələcək".
Qeyd edək ki, sözügedən oyunçunun İspaniya nəhəngi ilə olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. "Transfermarkt" 32 yaşlı Kroosun transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.
Nihat