"Benfika"nın və Argentina seçməsinin yarımmüdafiəçisi Entso Fernandes karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə son informasiyanı şəxsi saytı vasitəsi ilə tanınmış insayder Canluka Di Martsio yayıb.
Xəbərə görə, 21 yaşlı dünya çempionunun "Çelsi"yə transferi tamamlanmaq üzrədir. Mənbə klubların artıq razılığa gəldiyini, "zadəganlar"a qarşı tərəfə 127 milyon avro ödəyəcəyini vurğulayıb.
Daha öncə digər insayder Fabritsio Romano ingilislərin portuqallarla danışıqlara başladığını, Fernandesin özünün London komandasında oynamağa can atdığını bildirmişdi.
Xatırladaq ki, Fernandes DÇ-2022-nin ən yaxşı gənc futbolçusu seçilib.
Nihat