Cari mövsümün sonunda Mönhenqladbax "Borussiya"sı ilə olan müqaviləsinin müddəti başa çatacaq Yan Zommer formasını geyindiyi klubun rəhbərliyi ilə görüşüb və bu ay "Bayern Münhen"ə keçmək istəyini deyib.
Fanat.Az "Süddeutsche Zeitung"a istinadən xəbər verir ki, Mönhenqladbax təmsilçisinin idarəçiləri 34 yaşlı qapıçını transferi üçün Münhen klubundan 5 milyon avro almağı planlaşdırır.
Xəbərə görə, artıq Zommeri "Borussiya"da hansı qolkiperlərin əvəzləyə biləcəyi də bəllidir. Mənbə "Kopenhagen"dən Metyu Rayanın, "Loryan"dan isə İvon Mvoqonun əsas namizədlər olduğunu açıqlayıb.
Qeyd edək ki, Zommer İsveçrə millisi ilə son mundialın 1/8 finalına qədər irəliləyib.
Nihat