"Benfika azarkeşləri "Çelsi"yə keçmək üzrə olan Entso Fernandezə hiddətləniblər.
Fanat.Az xəbər verir ki, buna səbəb London klubuna 127 milyon avroya keçəcəyi gözlənilən argentinalının məşqlərə qoşulmamasıdır.
Məlumatı ingilis jurnalist Saymon Fillips yayıb.
Hələ "Benfika"dan ayrılığı rəsmiləşməyən futbolçunun son hərəkətləri "Lissabon qartalları" azarkeşlərini hiddətləndirib. Baş məşqçi Rocer Şmidt Yeni ili qeyd etmək üçün Argentinaya getmək istəyən futbolçuya icazə verilməsə də, o, buna məhəl qoymayıb. Portuqaliya mediası Fernandesin komandanın bazar ertəsi baş tutan iki məşqində iştirak etmədiyini bildirib. Ötən gün onun agenti Uriel Perez 21 yaşlı gəncin əyləndiyini əks etdirən fotoları yayımlayıb ki, bu da onun yoxluğunun sübutu olub. Fernandesin bu münasibəti Rocer Şmidti qəzəbləndirib və baş məşqçinin dünya çempionunu cəzalandıracağı gözlənilir.
"Benfika" azarkeşləri isə "onun hərəkətinin kluba hörmətsizlik olduğunu" və "nəticələri ilə üzləşməli olacağını" bildirərək hədələyiblər.
Mirağa