Rusiya millisinin futbolçusu Artyom Dzyuba karyerasını yenidən Türkiyədə davam etdirməyə yaxındır.
Fanat.Az “Match TV”-yə istinadən xəbər verir ki, Türkiyənin “Sivasspor” klubu hücumçuya il yarımlıq müqavilə təklif edib.
Rusiyalı forvard hələ yekun razılıq verməyib və tərəflər danışıqlar aparır. Eyni zamanda, Dzyuba karyerası ilə bağlı qərarını yanvarda vermək niyyətindədir.
"Sivasspor" hazırda 14 xalla Türkiyə Super Liqasının turnir cədvəlində 17-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, 2015-2022-ci illərdə Sankt-Peterburq "Zenit"ində çıxış edən Dzyuba ötən yayda anlaşdığı "Adana Demirspor"la noyabrda yollarını ayırıb.
Mirağa