Bosniya və Herseqovina millisini çalışdıracaq məşqçinin kimliyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, sözügedən ölkənin futbol federasiyası məşqçi dəyişikliyini rəsmən elan etməsə də, yerli mətbuat qurumun bu gün Faruk Hadjibeqiçi ictimaiyyətə təqdim edəcəyini bildirib.
Bolqarıstanlı İvaylo Petev artıq federasiyasının qərarından xəbər tutub və 2021-ci ilin yanvarından rəhbərlik etdiyi futbolçulara vida mesajı göndərib.
Hadjibeqiç 1999-cu ildə Bosniya və Herseqovinanı çalışdıraraq yeddi oyuna çıxarıb. Onun son iş yeri Əlcəzair "Algiers"i olub və cəmi 8 matçdan sonra postundan ayrılıb. Bundan əvvəl isə o, 2019-cu ilin iyulundan 2020-ci ilin dekabrına kimi Monteneqronun məşqçisi olub.
Mirağa