"Qarabağ"ın yarımmüdafiəçisi Kadi "Krasnodar"a keçib.
Fanat.Az xəbər verir ki, məlumatı sözügedən klubun mətbuat xidməti yayıb.
Braziliyalı futbolçu tibbi müayinədən sonra Rusiya təmsilçisi ilə müddəti 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.
Qeyd edək ki, bu gün "Krasnodar"ın baş məşqçi postuna təyinat reallaşıb. Serb mütəxəssis Vladimir İviç "öküzlər"in "sükanı arxası"na keçib.
Nihat