PSJ braziliyalı hücumçusu Neymarla cari mövsümün sonunda vidalaşmağa hazırdır.
Fanat.Az xəbər verir ki, informasiyanı İspaniyanın "Sport" nəşri yayıb:
Xəbərə görə, PSJ bossları 30 yaşlı "sambaçı"nı 100 avroya satmaqda qərarlıdırlar. Ötən yay Neymarla 150 milyon avroya müştəri tapa bilməyən parislilərin bu yay böyük məbləğdə maaş alan braziliyalıdan qurtulmaq istədikləri vurğulanıb.
Gələcək planları Lionel Messi və Kilian Mbappe üzərində qurmağı hədəfləyən klub idarəçilərinin Neymarı yola salmaqla büdcəyə qənaət edəcəkləri diqqətə çatdırılıb.
Xatırladaq ki, Neymar PSJ-yə 2017-ci ildə "Barselona"dan transfer olunub. Cənubi amerikalı istedadın keçidi Fransa nəhənginə 222 milyon avroya başa gəlib ki, bu da futbol tarixində ən bahalı transferdir.
Nihat