İngiltərə Premyer Liqa təmsilçisi "Brentford" yeni transfer reallaşdırır.
Fanat.Az "Skysports"a istinadən xəbər verir ki, ingilislər Kevin Şadeni mövsümün sonuna qədər "Frayburq"dan icarəyə götürüb.
"Brentford" 19 yaşlı hücumçunu yayda 25 milyon avroya almaq şansına malik olacaq ki, bu da klub rekordudur.
Kevin Şade "Frayburq"un əsas komandasında 36 oyun keçirib, altı qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa