Argentina millisinin və "Benfika"nın yarımmüdafiəçisi Entso Fernandesin İngiltərənin "Çelsi" klubuna keçəcəyi ilə bağlı informasiyalar səngimir.
Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" yayıb.
Mənbə "zadəganlar"ın Portuqaliya təmsilçisinə 85 milyon avro təklif etdiyini və tərəflərin indilik razılığa gələ bilmədiklərini vurğulayıb. Xəbərə görə, daha öncə müxtəlif KİV-lərin açıqladığı 120 və 127 milyonluq təkliflər barədə yazılanlar həqiqəti əks etdirmir.
Xatırladaq ki, Qətərdəki mundialın qalibi adını qazanan Fernandes DÇ-2022-nin ən yaxşı gənc futbolçusu seçilib.
Nihat