İtaliya millisinin və "Roma"nın əfsanəvi hücumçusu Françesko Totti "çirkli pulların yuyulmasında" şübhəli bilinərək məhkəmə qarşısına çıxarılacaq.
Fanat.Az xəbər verir ki, məlumatı "La Gazzetta dello Sport" yayıb.
Mənbənin məlumatına görə, 46 yaşlı keçmiş futbolçu "şübhəli əməliyyatlarda" iştirak edir. Tottinin bank hesablarını iki il yarım ərzində baş vermiş əməliyyatlarla, xüsusən də bukmeker kontorları ilə maraqlanan müstəntiqlər araşdıracaq.
Bildirilir ki, sövdələşmələrdən biri 2022-ci ilin avqust ayına aiddir. Totti qohumlarından birinə faizsiz 80 min avro borc verib. Məbləğ əvvəlcə dostunun arvadı və qızının birgə hesabına ödənilməli, sonra isə ər-arvadın birgə hesabından keçib dostunun şəxsi hesabına daxil olmalı idi.
2020-ci ilin iyun ayında Tottiyə məxsus iki bank hesabının da Monako, London və Las Veqasdakı kazinolarla şübhəli əməliyyatlar apardığı iddia edilir.
Mirağa