Rusiyanın “Krasnodar” klubunun “Qarabağ”dan transfer etdiyi Kadi Borgesin Premyer Liqa təmsilçisində qazanacağı məvacib bəlli olub.
Fanat.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu yeni komandasında ilinə 2 milyon avro qazanacaq.
26 yaşlı oyunçu yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la 2026-cı ilin yayınadək nəzərdə tutulan müqaviləyə imza atacaq. “Qarabağ”ın bu transferdən 5 milyon avroluq gəlir götürməsi gözlənilir.