"Barselona" Frankfurt "Ayntraxt"ının müdafiəçisi Evan Ndikanı heyətinə cəlb etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport1" yayıb.
23 yaşlı fransalı yayda azad agentə çevriləcək ki, bu, maddi sıxıntılar yaşayan kataloniyalıları cəlb edir.
Həmçinin "Barselona" Ndikanın ötən ilin yazından bəyənib. Bu da təsadüfi deyil: "Ayntraxt" Avropa Liqasının 1/4 finalında kataloniyalıları üstələməyi bacarıb.
Evan Ndika 2018-ci ilin yayından Frankfurt klubunda çıxış edir. Təkcə Bundesliqada fransalı 119 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.
Mirağa