Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu rəhbərlikdən daha bir məşhur futbolçunun heyətə qatılmasını xahiş edib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 37 yaşlı forvard "Real Madrid" və Portuqaliya millisində birlikdə çıxış etdiyi Pepenin "Əl-Nəsr"ə transfer olunmasını istəyib.
Xəbərə görə, klub bossları Ronaldunun xahişini yerinə yetirməkdə qərarlıdır və ərəblər yaxın günlərdə "Portu"nun şərəfini qoruyan təcrübəli müdafiəçinin transferi istiqamətində çalışmalara başlayacaq.
Nihat