İspaniyadan olan tanınmış FİFA referisi Mateu Laos karyerasını bitirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Qaston Edoul sosial şəbəkə vasitəsilə məlumat yayıb.
DÇ-2022-nin 1/4 finalında Hollandiya və Argentina arasında baş tutan qarşılaşma da daxil olmaqla, Laos son üç matçda 31 sarı və 4 qırmızı vərəqə göstərib.
Qeyd edək ki, 2018 və 2022-ci illərdəki dünya çempionatlarında oyunlara təyinat alan 45 yaşlı referi 2021-ci ildə Çempionlar Liqasının finalını idarə edib.
Mirağa