"Bayern Menhen"in və Seneqal millisinin ulduzu Sadio Manenin yaşıl meydana nə vaxt qayıdacağı məlum olub.
Fanat.Az "Lequipe"yə istinadən xəbər verir ki, noyabrın 17-də baldırından əməliyyat olunan futbolçu təxminən iki ay sonra məşqlərə başlayacaq.
Bərpa prosesinə başlayan seneqallıların fevralın ortalarında hazır olacağı gözlənilir. Həkimlər onun fevralın 15-də Çempionlar Liqasının pley-off mərhələsində PSJ ilə qarşılaşmaya qədər tam hazır olmasına çalışırlar.
DÇ-2022-də Seneqala kömək edə bilməyən Sadio Mane "Bayern Münhen" ilə bütün turnirlərdə oynadığı 23 oyunda 11 qol vurub, 4 məhsuldar ötürmə edib.
Mirağa