PSJ-nin müdafiəçisi Serxio Ramos bu yay Fransanı tərk edərək İspaniyaya qayıdacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
Mənbə bu yay parislilərlə anlaşması qüvvədən düşəcək ulduz futbolçunun İspaniyaya qayıdaraq "Sevilya" ilə müqavilə imzalayacağını iddia edib.
Ramosu yaxınlarda Kriştianu Ronaldunu Səudiyyə Ərəbistanına gətirən "Əl-Nəsr" klubu da istəyir.
Ramos bu mövsüm PSJ-nin heyətində 22 oyun keçirib ki, bu da keçən mövsümdəkindən doqquz matç çoxdur. Bununla belə, Fransa mətbuatı ispan müdafiəçi PSJ-nin bu mövsüm ilk liqa məğlubiyyətinin ən böyük günahkarlarından biri sayır. Yalnız Canluici Donnarumma (5,9) PSJ-nin "Lans"ə 1:3 hesabı ilə uduzduğu matçda Ramosdan (6,4) daha aşağı qiymət alıb.
Mirağa