Müqavilə ilə Donetsk “Şaxtyor”una məxsus olan Maykon karyerasını vətənində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, “Korintians” 25 yaşlı Maykonun icarə müddətini uzatmaq üçün Ukrayna klubu ilə razılığa gəlib.
Braziliya klubunun mətbuat xidməti yeni anlaşmanı rəsmən açıqlayıb.
Dekabrın 31-də icarə müqaviləsinin müddəti bitən braziliyalı müdafiəçi komandaya qayıtmalı idi. Baxmayaraq ki, 25 yaşlı futbolçu Ukraynaya dönmək niyyətində olmadığına dair açıq mesajlar verirdi. "Şaxtyor" icarə müddətini uzatmaq üçün "Korintians"la anlaşıb.
Vamos pra mais uma temporada! Maycon fica no Corinthians em 2023!#VaiCorinthians pic.twitter.com/se4X9YJ6Pm
— Corinthians (@Corinthians) January 4, 2023
Onunla 31 dekabr 2023-cü il tarixinədək müqavilə imzalanıb. Üstəlik, Braziliya tərəfi mövsümün sonunda Maykonu birdəfəlik transfer etmək hüququ əldə edib.
İcarəyə verildiyi müddətdə ukraynalılar futbolçu ilə bağlı hər hansı təklif alsalar, bu barədə "Korintians"a məlumat veriləcək. Buna görə də Braziliya təmsilçisi dərhal öz təkliflərini təklif edə biləcək və bu, prioritet hesab olunacaq.
Mirağa