"Mançester Siti" "Real Madrid"in futbolçusuna elçi düşüb.
Fanat.Az xəbər verir ki, "şəhərlilər" La Liqa klubunun müdafiəçisi Ferlan Mendinin xidmətində maraqlıdır.
Məlumatı "Sport" yayıb. Müdafiə xəttini gücləndirməyi planlaşdıran "Mançester Siti" 27 yaşlı fransalı futbolçunu heyətinə cəlb etmək istəyir. Ancaq Mendi PSJ-nin də maraq dairəsində olduğu üçün keçidin asanlıqla baş tutmayacağı bəllidir.
Mendinin mövqeyinə yeni oyunçu almağı planlaşdıran "Real Madrid"in yaxşı təklifə etiraz etməyəcəyi qeyd olunur.
Röya