"Real Madrid" Xorvatiya millisinin müdafiəçisi Yoşko Quardiolu heyətinə qatmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Alfredo Pedulla məlumat yayıb.
Kral klubu 20 yaşlı futbolçu üçün "Layptsiq"ə 120 milyon avro ödəməyə hazırdır. Quardiol isə bonuslarla birlikdə 6 milyon avro qazanacaq.
"Çelsi" və "Mançester Siti" də futbolçu ilə maraqlanır. Lakin Qvardiol "Santiyaqo Bernabeu"da oynamaq arzusundadır.
Röya