Argentina millisi ilə DÇ-2022-nin qalibi olan ulduz futbolçu Lionel Messi ötən ilin ən yaxşı pleymerkeri seçilib.
Fanat.Az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb.
Messi 5-ci dəfə bu ada layiq görülüb. Bununla da o, rekorda imza atıb. Belə ki, Messi 4 dəfə "ən yaxşı" adına layiq görülən İspaniya millisinin sabiq üzvü Xavini geridə qoyub.
Röya