Ruben Nevesin "Barselona"ya mümkün transferi klub prezidenti Xuan Laporta və baş məşqçi Xavi arasında fikir ayrılığına səbəb olub.
Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.
Klub prezidenti "Vulverhempton"un 25 yaşlı portuqaliyalı yarımmüdafiəçisini transfer etmək istəyir. Xavi isə "Real Sosyedad"da çıxış edən ispan mərkəz yarımmüdafiəçisi Martin Zubimendini istədiyi bildirilir. Beləliklə, tərəflərin münasibətlərində soyuqluq yaranıb.
Neves bu mövsüm "Vulverhempton"un heyətində 26 oyuna çıxıb və 4 qol vurub. Bazar dəyəri 40 milyon qiymətləndirilən futbolçu İngiltərəyə dörd il yarım əvvəl "Porto"dan gəlib.
Mirağa