Kamerun millisinin sabiq yarımmüdafiəçisi Modest Mbami 40 yaşında vəfat edib.
Fanat.Az xəbər verir ki, bu barədə Fransanın PSJ klubunun mətbuat xidməti məlumat yayıb.
Ölümün səbəbi infarkt olub.
Mbami 2003-2006-cı illərdə PSJ-də çıxış edib, komanda ilə iki dəfə Fransa kubokunu qazanıb. O, karyerası ərzində Fransanın “Sedan”, “Le Havre” və “Marsel”, İspaniyanın “Almeriya”, Çinin “Dalian Airbin” və “Çançun Yatai”, Səudiyyə Ərəbistanından “Əl-İttihad” və Kolumbiyanın “Millonarios” klublarında da çıxış edib.
Mbami Kamerun millisinin heyətundə Olimpiya çempionu (2000), Konfederasiyalar Kubokunun (2003) və Afrika Millətlər Kubokunun (2008) gümüş mükafatçısı olub.
Mirağa