London "Arsenal"ının idarəçiləri bu ay Donetsk "Şaxtyor"unun futbolçusu Mixail Mudrikin "topçular"la müqavilə bağlayacağına əmindirlər.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı üzərindən yayıb.
Mənbə London təmsilçisinin baş məşqçisi Mikel Artetanın da bu keçidin reallaşacağına inandığını vurğulayıb. Futbolçunun özünün İngiltərə komandasında oynamağa can atdığını əsas gətirən Romano "Şaxtyor"un maddi baxımdan qarşı tərəfə müəyyən güzəşt edəcəyini də diqqətə çatdırıb.
Nihat