Kriştianu Ronaldunu heyətinə qatmaqla bütün dünyada tanınan "Əl-Nəsr"in hücumçusu Vensan Abubakar yaxın günlərdə iki klubdan birinə - "Mançester Yunayted" və ya "Fənərbağça"ya keçəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı OKAZ yayıb.
Xəbərə görə, Ronaldunun transferindən sonra ehtiyatda qalacağını anlayan 30 yaşlı forvardın özü də "Əl-Nəsr"dən getməkdə maraqlıdır. Onun icarəyə veriləcəyi vurğulanıb.
Qeyd edək ki, Abubakar daha öncə "Beşiktaş", "Portu" və "Loryan"da da çıxış edib.
Nihat