"Mançester Yunayted" portuqaliyalı futbolçu Joau Feliksi icarəyə götürmək variantından imtina edib.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, 23 yaşlı hücumunun keidi ilə bağlı "Atletiko" ilə danışıqlar aparan "qırmızı şeytanlar" Madrid klubu ilə razılığa gələ bilməyib.
"Atletiko" rəhbərliyi qarşı tərəfdən çox yüksək məbləğ tələb edib. Bu səbəbdən mankunianlılar Feliks variantından imtina ediblər. İspanıların portuqaliyalının icarəsi üçün qarşı tərəfdən təxminən 20 milyon avro tələb etdiyini bildirir.
Feliks bu mövsüm La Liqada "Atletiko"nun heyətində 13 oyuna çıxıb. O, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Joaunun Madrid klubu ilə müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir. Nüfuzlu “Transfermarkt” Feliksin transfer qiymətini 50 milyon avro göstərib.
Mirağa