Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrey "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidanın milli komandaya rəhbərlik edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "RMC Sport" futbol funksionerinin fikirlərini belə çatdırıb:
"Zidanla heç vaxt görüşməmişəm. Çünki Deşamla ayrılmaq barədə düşünməmişik. Zidan Braziliya millisinə gedir? Mənə maraqlı deyil, hara istəsə gedə bilər! Zəng etsəydi, telefonu belə götürməzdim".
Xatırladaq ki, noyabrın əvvəlində mətbuatda Zidanın DÇ-2022-dən sonra Fransa millisinin baş məşqçisi postunda Didye Deşamı əvəzləyəcəyi barədə məlumat yayılmışdı. 54 yaşlı mütəxəssisin milli ilə müqaviləsi 2022-ci ilin dekabrında başa çatıb. Yanvarın əvvəlində Fransa Futbol Federasiyası Deşamla müqavilənin müddətini 2026-cı il dünya çempionatının sonuna qədər uzadacağını açıqlayıb.
Mirağa