"Real Madrid"in baş məqşçisi Karlo Ançelotti İspaniya nəhənginin heyətini yeni cinah müdafiəçisi ilə gücləndirməkdə qərarlıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.
Xəbərə görə, paytaxt klubu PSJ-nin və Mərakeş millisinin futbolçusu Əşrəf Hakimini rənglərinə bağlamaq istəyir. Mənbə Ançelottinin 2006-2020-ci illər aralığında "Real"da olmuş Hakimini komandanın təcrübəli futbolçusu Dani Karvahalın yerinə ən layiqli namizəd saydığını və bu barədə rəhbərliyə məlumat verdiyini açıqlayıb.
Qeyd edək ki, Hakiminin PSJ ilə müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub. Əşrəf Mərakeş yığması ilə DÇ-2022-nin yarımfinalına qədər irəliləyib.
Nihat