"Atletoko"nun baş məşqçisi Dieqo Simeone Madrid klubunun rəhbərliyi ilə görüşərək onları, mövsümün sonunda komandanı tərk edəcəyi barədə məlumatlandırıb.
Fanat.Az xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.
Beləliklə, argentinalı mütəxəssis müqaviləsinin bitməsinə bir il qalmış postunu tərk etməyə qərar verib.
52 yaşlı məşqçi 2011-ci ildə komandanın sükanı arxasına keçərək madridliləri İspaniya və Avropa futbolunun zirvəsinə qaytarıb. Onun rəhbərliyi altında "Atletiko" iki çempionluq, bir kubok, iki Avropa Liqası, iki Avropa Superkuboku və bir İspaniya Superkuboku qazanıb, eyni zamanda iki dəfə Çempionlar Liqasının finalına çıxıb. Onun gəlişindən əvvəl komanda sonuncu dəfə 1996-cı ildən bəri kubok qazanmışdı.
Mirağa