Fransa millisinin kapitanı Huqo Lyoris yığma komandadakı karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, yığmanın hücumçusu Kilian Mbappe 36 yaşlı qapıçıya üərk sözlərini çatdırıb.
"Hər şey üçün çox sağ ol, kapitan", - deyə Mbappe sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Lyoris Fransa seçməsinin heyətində 145 oyuna çıxıb. O, Qətərdəki mundialda Lilian Türamı (142) geridə qoyaraq millidə ən çox oyun keçirən futbolçuya çevrilib.
Xatırladaq ki, Huqo Fransa yığmasıyla DÇ-2018-in və UEFA Millətlər Liqasının 2020/21 mövsümünün qalibi olub. DÇ-2022-də isə onun komandası gümüş medalla kifayətlənib.
Röya