Türkiyənin "Fatih Karagümrük" komandasının baş məşqçisi Andrea Pirlo iş yerini dəyişəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "TuttoMercato" məlumat yayıb.
Pirlo Belçika millisini çalışdıra bilər. Mənbənin məlumatına görə, Belçika Futbol Federasiyası “Yuventus”un keçmiş çalışdırıcısını namizədlər siyahısına daxil edib.
43 yaşlı Pirlo baş məşqçi kimi debüt mövsümündə "Yuventus"a rəhbərlik edib. Turin onun rəhbərliyi altında İtaliya Kubokunu və Superkubokunu qazanıb, lakin on ildə ilk dəfə dördüncü yeri tutaraq A Seriyasında çempion olmayıb.
Belçika millisi DÇ-2022-də uğursuz çıxış etdikdən sonra Roberto Martinesi istefaya göndərilib.
Mirağa