"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti peşəkar futbolçu karyerasını bitirən Qaret Beyli sosial şəbəkə hesablarında dəstəkləyib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis Beylin İspaniya Kubokunun 2014-cü ildə keçirilən finalında "Barselona"nın qapısına vurduğu qolun videosunu paylaşıb.
Həmin matçın 85-ci dəqiqəsində uelsli ulduzun möhtəşəm reyd edərək "Real"a 2:1 hesablı qələbə gətirən qola imza atmasına diqqət çəkən Ançelotti belə yazıb:
"Unudulmazdır. Təşəkkürlər, Beyl".
Xatırladaq ki, Beylin son klubu "Los-Anceles" olub.
Nihat