“Tottenhem”in hücumçusu Harri Keyn Premyer Liqanın digər klublarının maraq dairəsindədir.
Fanat.Az xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" təcrübəli forvardı ələ keçirməyə çalışır.
Məlumatı "CBS Sports" yayıb.
Mənbənin məlumatına görə, hər iki klub yay transfer pəncərəsində ingilis hücumçunu əldə etmək üçün danışıqlara başlayacaq.
"Çelsi" qış transfer pəncərəsində "Atletiko Madrid"in hücumçusu Joau Feliksi icarəyə götürüb. "Mançester Yunayted" isə icarə əsasında Türkiyənin "Beşiktaş" klubunda çıxış edən "Börnli"də çıxış edən hücumçu Vut Veqorstla danışıqlar aparır.
Harri Keyn bu mövsüm “Tottenhem”in heyətində bütün turnirlərdə 26 oyuna çıxıb, 17 qol vurub və 3 məhsuldar ötürmə edib. Portal Transfermarkt onun bazar dəyərini 90 milyon avro qiymətləndirir.
Mirağa