"Çelsi" Portuqaliya millisinin və “Atletiko Madrid”ın futbolçusu Joao Feliksi transfer edib.
Fanat.Az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisinin rəsmi saytına danışıb:
"Çelsi" dünyanın ən böyük komandalarından biridir. Ümid edirəm ki, kluba məqsədlərinə çatmaqda kömək edəcəm. Mən burada olmaqdan çox xoşbəxtəm və "Stemford Bric"də oynamaqdan qürur duyuram".
Qeyd edək ki, Feliks mövsümün sonuna qədər icarəyə götürülüb. “Zadəganlar” 6 aylıq icarə haqqı olaraq qarşı tərəfə 9 milyon avro ödəyib. Sözləşmədə oyunçunun birdəfəlik satınalma variantı nəzərdə tutulmayıb. Onun məxsus olduğu “Atletiko” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Röya