Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Jurnalist Nizzar Kinsel, "Evening Standard": Joau Feliksi "Çelsi"yə icarəyə verən "Atletiko Madrid" onun yerinə futbolçu axtarır. La Liqa təmsilçisi "Çelsi"dən Pyer-Emerik Obameyanqı gözaltı edib. 33 yaşlı qabonlu hücumçu özü də komandadan ayrılmaq niyyətindədir. Sadəcə keçidib bu qış tutması mümkün deyil. Belə ki, Obameyanq artıq il ərzində iki komandanın heyətində rəsmi matçlara çıxıb. FİFA-nın qaydalarına əsasən, bir futbolçu il ərzində yalnız iki komandanın heyətində rəsmi oyunlara çıxa bilər. Bu səbəbdən Obameyanq ya "Çelsi"də, ya da sabiq klubu "Barselona"da çıxış edə bilər.
AS: "Çelsi"nin futbolçusu Pyer-Emerik Obameyanq sabiq klubu "Barselona"ya qayıtmaq istəyir. Londonda xoşbəxt olmayan qabonlu hücumçu yarımil əvvəl ayrıldığı Kataloniyaya geri dönmək arzusundadır. Baş məşqçi Tomas Tuxelin gedişindən sonra yeni çalışdırıcı Qrem Potter Obameyanqa etimad göstərmir, bu isə futbolçunu ruhdan salır. Pyerin artıq "Barselona"nın baş məşqçisi Xavi ilə əlaqə qurduğu və az qazanca belə geri dönməyə hazır olduğunu bildirib.
Baş tutmuş transferlər:
“Fənərbağça” “Adana Dəmirspor”un futbolçusu Samet Akaydını transfer edib. 28 yaşlı müdafiəçi ilə 3,5+1 illik müqavilə imzalanıb.
***
Portuqaliya millisinin və “Atletiko Madrid”in futbolçusu Joau Feliks “Çelsi”yə keçib. 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarəyə götürülüb.
Röya