Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal" PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messini sıralarına cəlb etmək üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, Kriştianu Ronaldunu rənglərinə bağlayan "Əl-Nəsr"in əzəli rəqibinin idarəçiləri Messi üçün vaz keçə bilməyəcəyi təklif hazırlayıblar. Mənbə Leoya illik 280 milyon avro əməkhaqqı ödəməyə hazır olan ərəblərin bu planı həyata keçirmək ehtimalının böyük olduğunu vurğulayıb.
Qeyd edək ki, Messinin PSJ ilə olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Hazırda Fransa nəhəngi anlaşmanın yenilənməsi üçün cənubi amerikalı superulduzla danışıq aparır.
Nihat