"Çarlton"un baş məşqçisi Din Holden İngiltərə Liqa Kubokunun 1/4 final matçından sonra komandasının 0:3 hesabı ilə uduzduğu "Mançester Yunayted"in çalışdırıcısı Erik ten Haqla pivə içdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "UtdPlug" Holdenin dediklərini belə çatdırıb:
"Oyundan sonra ten Haq mənə yaxınlaşdı və ofisinə dəvət etdi. Birlikdə pivə içdik, həyat yoldaşıma bir şüşə şərab və Markus Raşfordun futbolkasını bağışladı. Ən vacibi isə onun məni Kerrinqtona (MY-nin məşq bazası - red.) dəvət etməsi idi. Məşqlərinə baxdım. Təcrübəlilərdən öyrənmək fürsətini dəyərləndirmək lazımdır.
Matça gəlincə, bu, xüsusu təcrübə idi. Uzun illər ərzində "Old Trafford"un trubunalarının demək olar ki, hər küncündə əyləşmişəm. Amma heç vaxt texniki zonada olmamışdım. Atam yaxınlıqda yaşayır, 70 yaşı var. 60 ildən çoxdur ki, "Mançester Yunayted"in oyunlarını canlı izləyir. Oğlunu texniki zonada görərkən necə qürurlandığını təsəvvür etmək o qədər də çətin deyil".
Nihat