"Real Madrid"dən ayrılmaq üzrə olan Eden Hazar karyerasını yenidən İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az "Mediafoot"a istinadən xəbər verir ki, Premyer Liqanın lideri "Arsenal" belçikalı yarımmüdafiəçini sıralarına qatmağa hazırlaşır.
Mənbənin məlumatına görə, Hazar İngiltərəyə bu qış köçə bilər.
Belçikalı cinah oyunçusu Eden Hazar 2012-2019-cu illər aralığında London "Çelsi"sində çıxış edib. O, "zadəganlar"ın heyətində 352 oyun keçirib, 110 qol vurub və 92 məhsuldar ötürmə verib. Müqayisə üçün qeyd edək ki, Hazar "Real"da bir neçə mövsümdə cəmi 73 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib. 31 yaşlı futbolçu bu mövsüm cəmi 6 oyuna çıxıb - 3-ü Çempionlar Liqasında, 3-ü isə La Liqada.
Hazarın "Real" ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədər nəzərdə tutulub.
Mirağa